Azərbaycan çempionatının 12-ci turundakı “Qəbələ”-“Qarabağ” oyununun yeri dəyişdirilib.

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” bununla bağlı Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb. Avropa Liqasındakı oyunlarını neytral meydanda keçirən Ağdam klubu vaxt məhdudiyyəti səbəbindən “Qəbələ” ilə 6 dekabr saat 14:00-da keçiriləcək səfər oyununun ev, 3-cü dövrənin “Qarabağ” – “Qəbələ” (6 mart) oyununun “Qəbələ” – “Qarabağ” oyunu kimi qeydə alınmasını xahiş edib. “Qəbələ” klubunun razılıq məktubunu nəzərə alan PFL müvafiq dəyişikliyi edib. Beləliklə Dekabrın 7-də "Azərsun Arena"da keçirilək görüş saat 14:00-da başlayacaq.